fbpx

Messi Səudiyyə Ərəbistanında – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir



PSJ-dən ayrılacağı gündəmdə olan Lionel Messi növbəti dəfə transfer söz-söhbətlərində adı hallanan Səudiyyə Ərəbistanına yollanıb.

Metbuat.az xəbər verir ki, Messi bu barədə sosial media hesabında paylaşım edib. Futbolçunun ailə üzvləri ilə birgə krallıqda istirahət etdiyi bildirilir. Messi paylaşımında “Səudiyyə Ərəbistanının yarandığı yer və 300 illik tarixinə ev sahibliyi edən Diriyahı ailəmlə birlikdə kəşf edərək gözəl bir gün keçirdim” deyə yazıb. Xarici KİV-lər isə yazır ki, Messi Səudiyyə Ərəbistanına mümkün müqaviləsinin detallarını müzakirə etmək üçün gedib.

Messiyə “Əl-Hilal” klubunun 600 milyon avro təklif etdiyi barədə xəbərlər dərc edilmişdi. Messi bundan əvvəl Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün PSJ tərəfindən cəzalandırılmışdı.







Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Messi #Səudiyyə #Ərəbistanında #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu