fbpx

Messiyə 300 milyon avroluq təklif

BEY.AZ informasiya agentliyi xəbər verir


Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Lionel Messiyə etdiyi təklifin bəzi detalları məlum olub.

Metbuat.az xəbər verir ki, ərəblər ona ildə 300 milyon avro verməyə hazırdırlar. Bu isə “Əl-Nəsr” klubunun Ronaldoya verdiyi məbləğdən 80 milyon avro çoxdur. “Mundo Deportivo”nun xəbərinə görə, bu məbləğin əhəmiyyətli hissəsi dövlət xəzinəsindən ayrılacaq. Məlumata görə, PSJ Messini buraxmaq niyyətində deyil. Buna görə də, PSJ klubu da Messi üçün təklif hazırlayıb. “Əl-Hilal” klubu Messiyə yüksək məbləğ təklif etdiyinə görə, PSJ-də yeni təklifdə məvacibi xeyli artırıb. Xatırladaq ki, daha əvvəl Kriştiano Ronaldo “Əl-Hilal”ın əsas rəqibi olan “Əl Nəsr” komandasına keçib.

Səudiyyə Ərəbistanı hakimiyyəti Ronaldodan sonra Messinin də transferinə önəm verir. Ərəblər hesab edir ki, Ronaldodan sonra Messi ilə də müqavilə imzalanması liqaya marağı xeyli artıracaq və bu da ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Messiyə #milyon #avroluq #təklif

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu