fbpx

Meteohəssas insanların nəzərinə – Geomaqnit qasırğasının təsiri davam edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir



Hazırda Günəşin səthində aktiv ləkə qrupunun sayı azalaraq 7-yə düşüb, aktiv ləkələrin sayı isə 110-dur.

Metbuat.az xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, iyunun 4-ü baş vermiş CME-nin (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) Yerə istiqamətlənmiş komponentinin olub-olmadığı analiz olunur.

Günəş küləyinin sürəti isə 465 km/san-yə kimi artıb.

Geomaqnit sahə sakit-aktiv fazalarda olub, Tac dəliyi ilə bağlı G1 sinifli geomaqnit qasırğası proqnozlaşdırılsa da, baş verməyib. Hazırda isə geomaqnit sahə sakitdir (Kp=1+).

Proqnoz günlərində (05-11 iyun) Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 99%, M sinif 35%, X sinif isə 10% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 7 iyunda S1 səviyyəsinə qədər qalxacağı gözlənilir.

Günəş küləyinin sürətinin günəşin qərb yarımkürəsindəki iki tac dəliyi və müsbət qütblü CH HSS-in (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) təsiri ilə artacağı gözlənilir.

Proqnoz dövrü ərzində müsbət qütblü CH HSS təsiri ilə 05 iyunda G1 səviyyəli geomaqnit qasırğasının olması, 06-07 iyunda da bu təsirin davam edəcəyi proqnozlaşdırılır.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Meteohəssas #insanların #nəzərinə #Geomaqnit #qasırğasının #təsiri #davam #edəcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu