Metroda şəkil, video çəkmək niyə qadağandır?
BEY.AZ informasiya agentliyi xəbər verir
“Metropolitendən istifadə qaydalarında metorda foto və ya video çəkdirmək rəsmən qadağandır”.
Metbuat.az xəbər verir ki, bunu Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu qadağanın əsas səbəbi sərnişinlərin təhlükəsizliyini təmin etməkdir:
“Səbəblər çoxdur. Biri odur ki, bu nəqliyyat vasitəsidir, yəni sərnişini mənzil başına çatdırmalıdır. Sərnişinin rahat və təhlükəsiz daşınması isə ən əsas vəzifələrdir. İndi təsəvvür edin ki, metroda şəkil çəkməyə qadağa yoxdur. Hərə əlinə bir mobil cihaz alıb, şəkil çəkəcək – eskalatorun qarşısında, üstündə, aşağı meydançada, orta zalda çəkəndə qatardan sərnişinlər axınla düşüb çıxmaq istəyəndə, ya da elə stansiya yolunda. Ən maraqlı şəkil də qatar stansiyaya girəndə çəkiləcək. Hələ bəy-gəlin, ad günü fotosessiyalarını demirəm.
İndi özünüzə sual verin: qadağa götürülsə, sizə və ya tanıdığınız başqa birinə metro işçisi, polis “burada şəkil çəkməyin, sərnişinlərə mane olursunuz” deyəndə nə edəcəksiniz? İnanıram ki, özünüzə obyektiv cavab verəcəksiniz.
Yaxud da başqa bir sərnişin “buarada şəkil çəkmə, mənə mane olursan” desə və “əcəb edirəm” cavabını alıb mübahisə yaransa, nə baş verəcək? İndi deyin, bu olmayacaq yəni?
Bir anlıq düşünək, bu qadağa götürülsə və metro işçisi kimdənsə sərnişin təhlükəsizliyinə mane olmamağı tələb etsə, nə baş verəcək?! Metro işçisinin vəzifəsi sərnişin təhlükəsizliyini maksimum təmin etməkdir”,- deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.