fbpx

Priqojinlə birgə qəzada ölən Makaryan KİMDİR?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Tver vilayətində təyyarənin qəzaya uğraması səbəbindən “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və daha 9 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, qəza zamanı onunla birlikdə həlak olanlar “Vaqner”in komandiri Dmitri Utkin, Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseevdir. Bundan başqa, daha 3 nəfər ekipaj üzvləri – komandir Leviş Aleksey, ikinci pilot Kərimov Rüstəm, stüardessa Raspopova Kristina həlak olanlar sırasındadır.

Qəzada həlak olanlardan biri Yevqeni Makaryan əslən ermənidir.

“Sputnik Armenia” yazır ki, 38 yaşlı erməni “Makar” çağırış nişanlı “Vaqner” veteranlarından biri, keçmişdə rayon polisi olan Yevgeni Vardanoviç Makaryandır. Nəşr əlavə edir ki, Makaryan Suriyada döyüşüb və hətta 2017-ci ilin yanvarında Amerika təyyarələri ilə toqquşmadan sağ çıxıb.

Makaryan Çelyabinsk vilayətinin Magnitogorsk şəhərində yaşayıb. Məlumata görə, 10 il bundan əvvəl atası qətlə görə mühakimə olunub.

Makaryanın sosial şəbəkədə yayılan fotosunu təqdim edir:

Resim




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Priqojinlə #birgə #qəzada #ölən #Makaryan #KİMDİR

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu