fbpx

Mevlüt Çavuşoğludan Azərbaycana DƏSTƏK

BEY.AZ informasiya agentliyi xəbər verir


Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı aparılıb.

Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri bir qrup radikal dini dəstənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin binasına hücumu ilə əlaqədar narahatlığını bildirib.

Nazir Ceyhun Bayramov bu vandallıq aktı barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.

Türkiyə xarici işlər naziri bu hücumu tamamilə qınayıb, Türkiyənin Azərbaycanın yanında olduğunu və hər zaman dəstək göstərməyə hazırlığını diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinə göstərdiyi diqqətə və təklif olunan dəstəyə görə minnətdarlığını bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu