fbpx

Meyxanaçı Vüqar barədə polisə şikayət edildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovu polisə şikayət edib.

BEY.AZ axsam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda “Xəbərin var” proqramında söyləyib. Buna səbəb isə Vüqarın aparıcısı olduğu proqramda Seyidcahanın şeirini ələ salması olub.

İfaçı bildirib ki, Vüqarla polis idarəsində üz-üzə gəlib:

“O, meyxanaçı yox, “keyxanaçıdır”. Mənim yaradıcılığımı o və ətrafındakılar verilişdə məsxərəyə qoymaq istədilər. Mən də onu polisə şikayət etdim. Peşmanam, gərək tək Vüqarı yox, yanındakıları da (meyxanaçılar Mehman Əhmədli, Rüfət Nasosnu və prodüser Ataş – red.) edərdim. Sənət bir yana, Azərbaycan xanımına qarşı yanlış addım idi. Yazmışam “qazanın daşdı kəfini yedim”, onlar isə deyir ki, “Qazanı açdım, kəfini yedim” deyirlər. Məni sosial şəbəkədə söydürdülər. Polis idarəsində Vüqarla üzləşdim, ona göstərdim ki, mənim bu cür şeirlərim var. Düşündüm ki, peşman olar, gördüm yox. Vüqar səhvini başa düşmədi. Amma gərək onu bağışlamazdım. Vüqar, qurban olasan Hacı Nazimə ki, səni müğənni etdi. Heç mən demirəm ki, sən müğənni deyilsən, meyxananı da mahnıya çevirmisiniz”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Meyxanaçı #Vüqar #barədə #polisə #şikayət #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu