fbpx

Millət vəkilləri Tailandda görüşlər keçirib


Milli Məclisin deputatları Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupu “Tailand-Azərbaycan ticarət imkanları 2024” layihəsi ilə bağlı müzakirələrdə iştirak etmək üçün 21-27 aprel tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində səfərdə olublar.

BEY.AZ xəbər verir ki, millət vəkilləri, parlamentlərarası dostluq qrupunun üzvləri Rüfət Quliyev, Rauf Əliyev, Müşfiq Cəfərov səfər çərçivəsində Tailand İnvestisiya Şurasında görüşdə iştirak ediblər. Səfər zamanı həmçinin Tailand Xarici İşlər Nazirinin müavini və Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov millət vəkilləri ilə görüşüb.

Nümayəndə heyətimiz Tailand Sappai Sapasatan Parlamentini ziyarət edib, dostluq qrupunun Tailandlı üzvləri ilə görüşüblər. Görüş çərçivəsində Tailand parlamentinin sədri və Nümayəndələr Palatasının spikeri Vanmuhamadnur Matha ilə görüş və parlamentin rəhbəri tərəfindən ziyafət təşkil olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu