fbpx

Millət vəkili kliniki ölüm keçirdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisin deputatı Fəzail Ağamalı iki ay əvvəl ürəyindən əməliyyat olunarkən kliniki ölüm keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə F.Ağamalı REAL TV-nin “Göstərir radio” verilişində bildirib.

Deputat qeyd edib ki, 55 yaşınadək dərman içməyib: “Sonralar səhhətimdə ciddi problemlər əmələ gəldi. Faktiki olaraq, iki dəfə ölümü o dünyada görüb qayıtmışam, ciddi əməliyyatlardan keçmişəm. Elə iki ay öncə ürəyimdən əməliyyat edilərkən kliniki ölüm keçirmişəm. Həkimlərin səyi nəticəsində 16-17 saatdan sonra özümə gəlmişəm. Ayılanda özümü dərk edə bilmədim, danışmaq istədim, alınmadı. Ağır vəziyyətlərdə çalışmışam ki, yaxınlarım bilməsinlər. Düşünmüşəm ki, mənim yanımda olsalar, əziyyət çəkərlər…”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu