fbpx

Milli Məclisdə mübahisə düşdü: “Zahid müəllim, söhbət qurtardı”

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı deputat və spiker arasında fikir ayrılığı olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, spiker Sahibə Qafarova çıxış üçün yazılan deputat Aydın Mirzəzadəyə söz verərkən sırf müzakirədə olan qanun layihəsi barədə danışmağı tövsiyə edib:

“Çıxışlara ancaq mövzu ilə əlaqəli çıxış etməyənlər yazılırlar. Baxıram ki, üç dəqiqə ilə yazılıb, ancaq çıxış edə bilməyənlər yazılırlar… Aydın müəllim, əgər müzakirədə olan qanun layihəsi barədə çıxış edəcəksinizsə, buyurun”.

Bu zaman deputat Zahid Oruc mikrofonsuz nəsə deyib.

S.Qafarova isə ona irad tutub:

“Zahid müəllim, mənə kömək lazım deyil!.. Zahid müəllim, söhbət qurtardı, mən bilirəm, hamı danışa bilər, hamının ürəyi doludur. Ona görə də xahiş edirəm, diskussiya açmayın”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Milli #Məclisdə #mübahisə #düşdü #Zahid #müəllim #söhbət #qurtardı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu