fbpx

Mingəçevirdə kütləvi ZƏHƏRLƏNMƏ

BEY.AZ informasiya agentliyi xəbər verir


Mingəçevirdəki kütləvi zəhərlənmə qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) Metbuat.az-a verilən məlumata görə, zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına 16 nəfər yerləşdirilib.

Rəsmi məlumata görə, 16 nəfərdən 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bildirilib ki, zəhərlənənlərdən 11 nəfəri böyüklər, 5 nəfəri isə uşaqlardı.

Digər 2 nəfərin isə vəziyyətinin stabil olduğu vurğulanıb:

“Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu