fbpx

Minsk qrupunun fransız həmsədri Arayiklə görüşü RƏDD EDİB

BEY.AZ informasiya agentliyi xəbər verir


ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl Qarabağdakı separatçı tör-töküntünün rəhbəri Arayik Arutyunyanla görüşdən imtina edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Ermənistan mediası iddia edir ki, görüşdən imtinaya səbəb Qarabağdakı separatçıların Ukraynadakı qondarma “Donetsk və Luqansk xalq respublikaları”nı tanıması olub.

Məlumatlara görə, Xankəndidəki separatçıların rəhbəri Arayik Arutyunyan və onun özünü “xin başçısı” kimi təqdim edən yandaşı David Babayan fransalı həmsədrlə görüşməyə cəhd edib. Məqsəd fransalı həmsədrə yalvarmaq, ATƏT-in Minsk qrupunu Qarabağla bağlı danışıqlarda aktivliyə çağırmaq olub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfeyl aprelin 11-də İrəvana səfər etmişdi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu