fbpx

“Möhtəşəm il keçirdik” – Qurban Qurbanov

BEY.AZ informasiya agentliyi xəbər verir


“Arada bəxtsizlik, düşünmədiyimiz nəticələr oldu. Bununla belə, möhtəşəm il keçirdik”.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “ASCO Arena”da “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolçular ilin əvvəlindən öz işlərinə ciddi yanaşdılar: “Qarşıya qoyulan məqsədə 70-80 faiz nail olduq.

Qarşılaşma ilə bağlı da fikirlərini bölüşən Qurbanov meydanda maraqlı və dinamik mübarizə getdiyini söyləyib: “Futbolçularımın istəyi, matça konsentrasiyası qaydasında idi. Meydanda inamlı komanda gördüm”.

Baş məşqçi epizodların birində görüşün baş hakimi Vüqar Həsənliyə etiraz etməsinin səbəbini də açıqlayıb: “Ciddi problem yox idi. Oyunda mübarizə də olur. Həmin vaxt hakimə bildirdim ki, sarı verməyə tələsməsin. Sadəcə, tövsiyyə xarakterli söz idi”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Möhtəşəm #keçirdik #Qurban #Qurbanov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu