fbpx
Xəbərlər

“Moody’s” Azərbaycanın uzunmüddətli reytinqini yüksəldib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin uzunmüddətli emitent reytinqini və prioritet təminatsız borcunu “Ba2” səviyyəsindən “Ba1”ə yüksəldib və proqnozu müsbətdən sabitə dəyişib.

Metbuat.az reytinq agentliyinə istinadən xəbər verir ki, reytinqin yüksəldilməsi son illər siyasətin effektivliyinin yaxşılaşmasını əks etdirir və bu, büdcə idarəçiliyinin təkmilləşdirilməsi və gələcək şokları amortizasiya etmək qabiliyyətinin artması deməkdir.

“Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda büdcənin ehtiyatlı idarə edilməsi sayəsində büdcə göstəriciləri yüksək olaraq qalır və gözlənildiyindən daha sürətlə yaxşılaşır”, – hesabatda deyilir.

“Moody’s” hesab edir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə daha da kəskinləşən inflyasiya risklərinin qarşısını alacaq.

Eyni zamanda, “Moody’s” Azərbaycanın yerli və xarici valyutada reytinqini müvafiq olaraq “Baa3” səviyyəsindən “Baa2”yə və “Ba2”dən “Ba1” səviyyəsinə qaldırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu