Müəllimləri ən zəif nəticə göstərən bölgələr
Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında ibtidai sinif fənni üzrə ən aşağı orta balı toplayan bölgələr üzrə siyahıda ilk yerdə Astara rayonundakı müəllimlər dayanır.
BEY.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, siyahı üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən isə 0-29 bal aralığında orta balı ən aşağı olan Tərtər, Bərdə, Daşkəsən rayonundan müəllimlər olublar: “Riyaziyyat fənnindən ən aşağı orta balı toplayan müəllimlər Gədəbəy, Göygöl, Ağcabədi bölgələrindən olublar. Xarici dil fənni üzrə isə ən aşağı orta balı toplayan müəllimlər Ağcabədi, Astara, Lerik rayonundan olublar”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |