fbpx
Xəbərlər

Onların da övladları tələbə oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, dünən ali təhsil müəssisələrinə ixtisas seçiminin cavabları açıqlanıb.

Metbuat.az xəbər verir ki, tanınmış jurnalistlərin övladları da tələbə adını qazanıb.

Əməkdar artist Elnur Əhmədovun qızı Azərbaycan Turizm və Menecment Universitetinin turizm işinin təşkili ixtisasına qəbul alıb.

Jurnalist Könül Ayparanın qızı Azərbaycan İqtisad Universitetinə qəbul olub.

Dövlət Vergi Xidmətinin mətbuat koordinatoru Şahin Məmmədovun oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Menecment fakültəsində təhsil alacaq.

Jurnalist Elnur Niftəliyevin qızı Azərbaycan İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi olub.

Bakı Dövlət Universitetinin dosenti, jurnalist Vəfa Aslanın oğlu Azərbaycan Tibb Universitetinə qəbul alıb.

Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yunis Orucun qızı da tələbə adını qazanıb.

AzTV-nin əməkdaşı Billurə Aslanqıznın oğlu da Azərbaycan Tibb Universitetində tibb ixtisası üzrə təhsil alacaq.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Onların #övladları #tələbə #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu