fbpx

Müddətli müqavilə ilə işə qəbul olanların nəzərinə

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün saat 18:00-dək ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər zəruri sənədləri yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3×4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Xatırladaq ki, sentyabrın 5-7-də keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 306 namizəd müddətli müqavilə ilə işləmək imkanı əldə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Müddətli #müqavilə #ilə #işə #qəbul #olanların #nəzərinə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu