fbpx

Müharibə Rusiya torpaqlarına keçdi? – Güclü partlayış səsləri eşidilir / VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiyanın Belqorod vilayətində yenidən partlayış səsləri eşidilib.

Metbuat.az xəbər verir ki, Sputnik agentliyinin jurnalisti gecə saatlarında şiddətli partlayış səsinin eşidildiyi barədə məlumat yayıb. Yerli mənbələr isə iki partlayışın baş verdiyini yazır. İzvestiya qəzeti Belqorod valiliyinə istinadən xəbər verir ki, bölgədə müdafiə sistemləri işə düşüb.

Qeyd edək ki,iki gün əvvəl həm Belqorodda həm də Kursk şəhərində partlayış səsləri eşidilmişdi. 4 gün əvvəl isə Bryansk şəhərində neft bazasında yanğın baş vermişdi. İki həftə əvvəl Rusiya tərəfi Ukraynanın ordusunun Bryansk şəhərini bombaladığına dair məlumat yaymışdı. Aprelin 21-də isə Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş vermişdi.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu