Münasibətlərdə ən qısqanc 3 bürc
BEY.AZ informasiya agentliyi xəbər verir
Astrologiyaya görə bəzi bürclər digərlərindən daha qısqanc olmaları ilə seçilirlər.
Metbuat.az astroloqların müəyyən etdiyi həmin bürcləri təqdim edir:
Əqrəb
Əqrəb bürcü sevgini ən pik həddə yaşamağı xoşlayırlar. Qısqanclıq səviyyəsi ən yüksək bürc də əqrəbdir. Ortada bir səbəb olmasa da, partnyorunun əşyalarını, telefonunu yoxlamaq istəyirlər. Adətən hər kəsə şübhə ilə yanaşırlar. Qarşi tərəf sadiqlik imtahanını keçsə də, onların übhəsi bitmir.
Buğa
Buğa bürcü altında doğulanlar adətən münasibətlərdə sadiq olurlar. Eyni sədaqəti qarşı tərəfdən də gözləyirlər. Daimi olaraq partnyorunun həyatını araşdırmağı sevirlər. Tərk edildikdə isə onların qısqanclıqları daha da artır.
Oğlaq
Oğlaq bürcü ailəsinə, dostlarına və partnyorlarına bağlı olurlar. Münasibətlərinə bütün qəlbi ilə bağlanan oğlaqlar fədakarlıqdan da qaçmazlar. Eyni münasibəti qarşı tərəfdən də görmək istədikləri üçün daim qısqanc davranışları müşahidə olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Münasibətlərdə #ən #qısqanc #bürc