fbpx

“Real” oyunu qollu heç-heçə ilə başa çatdı


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

BEY.AZ-ın məlumatına görə, ilk matçda “Bavariya” Almaniyada İspaniyanın “Real” klubunu qəbul edib.

Qarşılaşma heç-heçə başa çatıb – 2:2.

Madrid klubunda Vinisius Junior 24-cü dəqiqədə hesabı açıb. “Bavariya”da 53-cü dəqiqədə Leroy Sane, 57-ci dəqiqədə penaltidən Harri Keyn fərqləniblər. 83-cü dəqiqədə Vinisius Junior 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qoluna imza atıb.

Tərəflər arasında cavab görüşü mayın 8-də olacaq.

Qeyd edək ki, digər yarımfinal matçında Almaniyanın “Borussiya” (Dortmund) klubu Fransa çempionu PSJ-ni qəbul edəcək. Oyun bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu