fbpx

Musa Qurbanlının “Torino”ya transferi baş məşqçidən asılıdır

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlının İtaliya “Torino”suna transferi komandanın baş məşqçisi İvan Yuriçdən asılıdır.

Metbuat.az “sportcafe24.com” saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin əsas hədəfi hazırda “Spetsiya” klubunda çıxış edən anqolalı Mbala Nzoladır. Ümumiyyətlə, 48 yaşlı baş məşqçi yay transfer pəncərəsində daha hazırlıqlı hücumçunun alınmasını istəyir.

Amma yerli nəşr hesab edir ki, azərbaycanlı forvard “Torino”nun yatırım etməyə hazır olduğu istedaddır: “Turin təmsilçisi gələcəyin komandasını qurmaq üçün ön xəttə münasib qiymətə lider axtarır. Qurbanlı təxminən 5 milyon avro dəyərindədir və növbəti mövsümdə komandanın sürpriz hücumçusu ola bilər”.

Bundan başqa, 21 yaşlı futbolçunun “Torino”ya keçmə ehtimalının 25 faiz olduğu vurğulanıb.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 20 qolla bombardirlər yarışına başçılıq edən Musa Qurbanlının “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Musa #Qurbanlının #Torinoya #transferi #baş #məşqçidən #asılıdır

Bir Cevap Yazın

Başa dön tuşu