fbpx

Namiq Mənanın restoranında dava – Həbs edilən var



Oktyabrın 10-na keçən gecə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Mor-Mor” restoranında insident baş verib.

BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, restoranda müştəri qismində olan 1986-cı il təvəllüdlü İ.Həsənov (şərti) səbəbsiz yerə dava-dalaş salıb.

O, restoranın qab-qacaqlarını sındırıb, ünvansız söyüşlər işlədərək iaşə obyektinin iş rejimini pozub. Həmçinin hadisə yerinə gələn polis əməkdaşlarına tabesizlik göstərib.

Daha sonra saxlanılan şəxs polis şöbəsinə aparılıb və barəsində inzibati xətaya dair protokol tərtib edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə İ.Həsənova 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hadisənin baş verdiyi restoran tanınmış meyxanaçı Namiq Mənaya məxsusdur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin