fbpx
Xəbərlər

Nar şirəsi istəyən azərbaycanlı saxlanıldı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Portuqaliyanın paytaxtı Lissabonda bir azərbaycanlının nar şirəsi sifariş etməsi onun polis tərəfindən saxlanılmasına səbəb olub.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, 36 yaşlı rusdilli azərbaycanlı Lissabonda restoranlardan birində nar şirəsi sifariş etmək istəyib.

Bildirilir ki, o, rus dilində olan “гранат” (nar) sözünü telefonunda tərcümə proqramı vasitəsilə Portuqaliya dilinə tərcümə edib. Proqram isə bu sözü portuqal dilinə qumbara olaraq çevirib. Həmyerlimiz daha sonradan proqramın tərcümə etdiyi sözdən istifadə edərək telefonunda portuqalca “Mən nar şirəsi istəyirəm” yazmağa çalışaraq ofisianta göstərib. Turist yazdığı cümləni restoran işçisinə göstərdiksə isə o bunu təhdid olaraq başa düşüb və müştərinin üzərində qumbara olduğunu düşünüb. Nəticədə restorana polis çağırılıb və azərbaycanlı turist saxlanılıb.

O, dindirilmək üçün yaxınlıqdakı polis bölməsinə aparılıb, məsələ aydınlaşdırıldıqdan sonra isə sərbəst buraxılıb. Adı açıqlanmayan azərbaycanlının hoteldəki otağında axtarış aparıldığı da bildirilir.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Nar #şirəsi #istəyən #azərbaycanlı #saxlanıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu