fbpx
Xəbərlər

Narkoman sürücü həbs olundu

BEY.AZ informasiya agentliyi xəbər verir


Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında taksi sürücülüyü edən şəxs saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba rayon sakini Rövşən Qasımbəyovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.

R.Qasımbəyov RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Quba rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu