fbpx

Narkotik satan daha bir nəfər saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Xırdalanda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanlılıb. Əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsin ilə məşğul olduğuna görə məhkum olunmuş Turan Əliyev tutulub. Onun əlində olan çantaya baxış zamanı yüksək təsiredici xassəyyə malik 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırma nəticəsində müəyyən edilib ki, Turan Əliyev Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Turan Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun həmçinin Xırdalan şəhərində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib.

Sonuncu əməliyyatlar zamanı saxlanılan Turan Əliyevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu