fbpx

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib

BEY.AZ informasiya agentliyi xəbər verir


Salyanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cərimələnib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 29-da Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Salyan Rayon Məhkəməsinin qərarı ilə Ə. Hacıyev 500 manat məbləğdə cərimə edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu