fbpx
Xəbərlər

Natəvan Babayeva dəfn edildi – FOTO

BEY.AZ informasiya agentliyi xəbər verir



Ötən gün dünyasını dəyişən tanınmış telejurnalist Natəvan Babayeva doğulduğu Salyan rayonunun Parça Xalac kənd qəbiristanlığında dəfn olunub.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, o, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhum jurnalistin ailə üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Natəvan Babayeva ötən gün vəfat edib.

Xatırladaq ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.

Allah rəhmət eləsin!





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Natəvan #Babayeva #dəfn #edildi #FOTO

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu