fbpx

Naxçıvanda atmosferi çirkləndirən avtomobillərə qarşı reyd keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Naxçıvan DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, reydlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobillərin sürücüləri ilə qanuna müvafiq tədbirlər görülməklə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalarının vacibliyi barədə tövsiyələr verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Naxçıvanda #atmosferi #çirkləndirən #avtomobillərə #qarşı #reyd #keçirilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu