fbpx

Nazir illərdir küsülü olan Xalq artistlərini barışdırdı

BEY.AZ informasiya agentliyi xəbər verir


11 ildir küsülü olan, bir-birini “mehriban düşmən” adlandıran Xalq artistləri – Rasim Balayevlə Şəfiqə Məmmədova barışıb.

Metbuat.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hər iki aktyor avqustun 2-si Milli Kino Bayramında Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirdə bir araya gəlib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli hər iki aktyoru səhnəyə dəvət edərək, Azərbaycan kinosunda xidmətlərinə görə təbrik edib.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova sabiq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Rasim Balayev isə Azərbaycan kinematoqrafçılarının İttifaqının sədri idi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nazir #illərdir #küsülü #olan #Xalq #artistlərini #barışdırdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu