fbpx
Xəbərlər

Nazirlik bayram günlərində düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib

BEY.AZ informasiya agentliyi xəbər verir


“Mədə qıcqırması, öd daşı xəstəliyi olanlar, eləcə də son iki-üç ayda cərrahiyə əməliyyatı olunan şəxslər bayram ərəfəsində qidalanmaya həssas yanaşmalıdır”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereloq Emin Məmmədov deyib.

O qeyd edib ki, bayram günlərində insanlar əsasən evdə olduğundan tez-tez qidalanırlar: “Bir az artıq hərəkət etmək lazımdır. Adi günlərdə səhər evdən çıxıb işə gedirik və normal qrafiklə qidalanırıq. Azərbaycan mətbəxi zəngin olduğundan bayram günlərində fasiləsiz qidalanma baş verir. Yağlı qida ilə yüklənən orqanizm buna reaksiya verəcək. Şəkər qalxacaq, təzyiq yüksələcək, mədədə yanma riskləri artacaq. Gündəlik rejim necədirsə hansı saat aralıqda qida qəbul edilibsə bunu da qorumaq lazımdır. Qidanın miqdarı artırıla bilər, lakin saat aralığına ciddi fikir versinlər”.

Nazirlik rəsmisi bayram ərəfəsində spirtli içkilər içməməyi tövsiyə edib.

“Əgər kimsə içəcəksə bu da gündəlik və vərdiş edilən dozanı aşmamaq şərti ilə olmalıdır. Qida qəbulu zamanı yeməkləri qarışdırmayın. Fərqli qidalar arasında ən azı 30-40 dəqiqə arasında fasilə olmalıdır. Qida allergiyası olan insanlar un məhsullarından uzaq durmalıdırlar” – E.Məmmədov vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nazirlik #bayram #günlərində #düzgün #qidalanma #ilə #bağlı #əhaliyə #müraciət #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu