fbpx

Nazirlik qanunsuz istismar olunan yataqlarla bağlı paylaşım etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində filiz və qeyri-filiz yataqları qanunsuz və nəzarətsiz istismar edilir.

Metbuat.az xəbər verir ki, bu barədəı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin teleqram kanalında paylaşım edilib.

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının böyük hissəsinin istismar olunduğu ehtimal edilir. Yataqların istismarı kosmik görüntülərə əsasən aparılan monitorinqlər nəticəsində müəyyənləşdirilib. Əraziyə baxış keçirilməsi və monitorinq aparılması nəticəsində dəymiş zərər müəyyənləşdirilə bilər.

Rüya tabirlerini burdan oku

Xatırladaq ki, 2022-ci ilin dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nazirlik #qanunsuz #istismar #olunan #yataqlarla #bağlı #paylaşım #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu