fbpx

Nazirlik sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Son günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və nazirliyin tabeliyindəki qurumların “facebook” səhifələrinin rəy bölmələrində müraciətlərini qeyd edən ayrı-ayrı vətəndaşlara qarşı istifadəçi adı “Hesen Aqayev”, “Röyalə Kazımlı” və b. olan şəxslər (və ya şəxs) tərəfindən dələduzluq edilməsinə dair məlumatlar daxil olur”.

Metbuat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, məlumatlarda həmin şəxslərin vətəndaşlarla “facebook”un mesaj bölməsi vasitəsilə əlaqəyə keçərək özünü nazirlik əməkdaşı kimi təqdim etdikləri, müraciətlərinə baxılması (ünvanlı yardım təyinatı, əlillik təyinatı, mənzil növbəsinə qeydiyyat və s.) üçün onlardan əvvəlcə fərdi məlumatlarını, sonrasa xidmət müqabilində müəyyən məbləğdə pul köçürmələri tələb etdiyi, hətta bəzi şəxslərin aldanaraq vəsait ödədiyi bildirilir:

“Bununla bağlı vətəndaşların da təqdim etdiyi məlumatlarla birgə müvafiq materiallar aidiyyəti üzrə araşdırılması üçün cinayət təqibi orqanlarına təqdim edilib. Vətəndaşlara sosial xidmətlərin heç bir halda ödənişli olmadığını bildirir, sosial mediada diqqətli olmağı, ödəniş müqabilində köməklik göstərəcəyini vəd edən dələduzlara inanmamağa çağırırıq”.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu