fbpx

Nazirlikdən Ukraynada təhsil alan azərbaycanlı tələbələr ilə bağlı AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynada təhsil alan azərbaycanlı tələbələr Azərbaycana köçürülmə üçün müraciət edə bilərlər”.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib: “Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşı mövcud deyil”.

Qeyd olunub ki, şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alan tələbələr təhsillərini digər ölkələrdə davam etdirə, habelə yay aylarında transfer.edu.az xidməti aktivləşdirildikdə Azərbaycanda təhsillərini davam etdirmək üçün köçürülməyə müraciət edə bilərlər.

“Təhsil Nazirliyi yalnız dövlət hesabına təhsil alan tələbələrin qeydiyyatını aparmaqdadır. Şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alanların ölkəyə giriş-çıxışı ilə bağlı məlumat Təhsil Nazirliyində mövcud deyildir. Lakin, son dövrlər Ukraynadan geri dönmüş vətəndaşlarımızın Təhsil Nazirliyinə edilən fərdi müraciətləri qeydə alınır və aidiyyəti üzrə yönləndirilir”, – nazirlikdən bildirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu