fbpx

“Nefflix”də abunə sayı artdı – İllik gəlir 8 milyardı ötdü

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

ABŞ-nin məşhur onlayn platforması “Netflix” üçüncü rübdə 8,8 milyon yeni abunəçi qazanıb.

BEY.AZ xbər verir ki, bununla da şirkətin dünya üzrə abunəçilərinin sayı illik 10,8 faiz artaraq 247,2 milyon nəfərə çatıb.

“Netflix”in üçüncü rübündə gəliri keçən ilin eyni dövrünə görə yüzdə 7,8 artaraq 8,54 milyard dollara çatıb. Şirkətin gəliri ötən ilin eyni dövründə 7,9 milyard dollar olaraq qeyd edilib.

Şirkətin xalis mənfəəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 1,68 milyard dollara çatıb. Keçən ilin üçüncü rübündə “Netflix”in xalis mənfəəti 1,4 milyard dollar olub. Şirkətin bir səhm üzrə mənfəəti həmin dövrdə 3,10 dollardan 3,73 dollara yüksəlib.

Bundan başqa, “Netflix” tərəfindən edilən açıqlamada ABŞ, İngiltərə və Fransada bəzi üzvlük planlarının ödənişlərinin artırıldığı da bildirilib.

ABŞ-də əsas planın qiyməti 9,99 dollardan 11,99 dollara, premium planın qiyməti isə 19,99 dollardan 22,99 dollara qaldırılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Nefflixdə #abunə #sayı #artdı #İllik #gəlir #milyardı #ötdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu