fbpx

“Neftçi”də məşhurlaşan futbolçunun acı taleyi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2 gün əvvəl Azərbaycanda daha 2 futbolçu sevimli peşələrindən ömürlük uzaqlaşdırıldı.

Metbuat.az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət Birinci Divizionda çıxış edən MOİK-in üzvləri Emin Mehtiyev və Fərmayıl Əliyevdən gedir.

Adıçəkilənlər danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib. Onlar futbolla bağlı hər hansı fəaillyətlə məşğul olmaq hüququndan məhrun olunublar.

Rüya tabirlerini burdan oku

Fərmayıl Əliyev futbolun sirlərinə Tovuzda yiyələnib. O, “Turan” klubunun yetirməsidir. 32 yaşlı futbolçunun elə də parlaq karyerası olmayıb. Ön xətt oyunçusunun futbol fəaliyyəti yalnız “Turan Tovuz” və MOİK klubları ilə bağlı olub. Bundan sonra o da olmayacaq.

Emin Mehtiyevlə bağlı isə daha geniş danışmaq olar. Çünki onun adı bir vaxtlar Azərbaycan futbolunun gələcəyi hesab olunan adlar arasında yer alıb.

Sumqayıt futbol məktəbinin yetirməsi tarixin yaddaşına köçən “Abşeron” komandasındakı çıxışı ilə diqqətləri üzərinə çəkə bilmişdi.

Rəhmətlik Böyükağ Hacıyevin çalışdırdığı “Neftçi”də isə məşhurluq tapmışdı. Bilirik ki, Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsinə “ağ qaralar” yüksəlib. 2013-cü ildə həmin tarixi uğuru əldən edən qızıl heyətdə yer alanlardan biri də Emin olub.

Yarımmüdafiəçi “San Siro”da “İnter”lə qələbəyə bərabər heç-heçənin (2:2) qeydə alındığı oyunun iştirakçısı da olub. “İnter”lə səfər matçına kimi isə qrup mərhələsinin “Rubin”lə səfər və “Partizan”la hər iki görüşündə Hacıyev onu meydana buraxıb. Cəmi 22 yaşında belə önəmli oyunlarda şans qazanmaq hər futbolçuya qismət olmur. Amma Emin gənc yaşlarında belə xoşbəxtliyə çatıb.

O, Bakı təmsilçisidə Azərbaycan çempionluğu və ölkə kubokunu başı üzərinə qaldırıb.

Lakin iki mövsüm, 55 oyun və 1 qoldan ibarət parlaq “Neftçi” karyerasından sonra onun qara günlər start götürüb.

Belə ki, Mehtiyevin futbol həyatında sürətlə eniş yaşanır. “Sumqayıt”, “Səbail”, “Keşlə”, “Sabah”, “Qaradağ Lökbatan” kimi klublarda özünü təsdiqləmək şansı əldə etsə də, o, bunu bacarmayıb. Hətta klubsuz qaldığı, Türkiyənin həvəskarlar liqasında oynadığı günlər də olur. Sonu isə hər kəsə məlumdu.

Azərbaycanın U19 yığmasında 2 oyun keçirmiş 31 yaşlı futbolçu, həm də çimərlik futbolu üzrə milli komandamızın da şərəfin qoruyurdu.

Aldığı ağır cəzadan sonra Emin bu imkandan da məhrum olmuş oldu.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Neftçidə #məşhurlaşan #futbolçunun #acı #taleyi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu