fbpx

“Nikosayağı” qəzaya düşdü, qolu amputasiya edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb. Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, ayağından xəsarət alıb.

Qəza ilə bağlı məlumat yayan TƏBİB qeyd edib ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər 1 ölüm qeydə alınıb.








You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Nikosayağı #qəzaya #düşdü #qolu #amputasiya #edildi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin