fbpx

Pakistan şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarında iştiraka dəvət edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Pakistanda səfərdədir.

Metbuat.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində Pakistanın Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüş keçirilib. Görüşdə Azərbaycanın bərpa olunan enerji potensialı, bu potensialın reallaşdırılması üzrə həyata keçirilən tədbirlər və ixrac imkanları diqqətə çatdırılıb. Pakistan şirkətləri gələcəkdə həyata keçiriləcək bərpa olunan enerji hərraclarında iştiraka dəvət edilib. Şah Cahan Mirzə Pakistanın energetika sahəsindəki islahatlar, bərpa olunan enerji sahəsinin inkişafı barədə məlumat verib.

AREA-nın direktoru sabah keçiriləcək Mineral İnvestisiya Sammitində iştirak edəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Pakistan #şirkətləri #Azərbaycanda #bərpa #olunan #enerji #hərraclarında #iştiraka #dəvət #edildi

Bir Cevap Yazın

Başa dön tuşu