fbpx

​Növbəti iki ildə pensiyalar nə qədər artacaq?

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əmək haqqı 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə o orta aylıq nominal əmək haqqının 10,7 faiz artması deməkdir. Buna görə də gələn ilin əvvəlində pensiyaların 11% artırılacağını söyləmək olar”.

BEY.AZ-ın məlumatına görə, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. O hesab edir ki, 2024-cü ildə isə orta aylıq nominal əmək haqqının 5,37 faiz artaraq 980 manata çatacağı proqnoz edildiyi üçün 2025-ci ilin yanvarında pensiyaların daha 6 faiz artırılacağını ehtimal etmək olar.

“Sadə rəqəmlərlə ifadə etsək deyə bilərik ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaqdır.Əlbəttə, bu verilən orta aylıq nominal əmək haqqı proqnozlarına görə olan hesablamalardır. 2024-cü ilin əvvəlində gözlənilən 11 fazilik artımın baş vermə ehtimalı daha çox, 2025-ci ilin əvvəlinə isə bir neçə faizli nisbi xəta mümkündür”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Növbəti #iki #ildə #pensiyalar #nə #qədər #artacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu