fbpx

“Novruzda papağıma yumurta qoyulanda çox sevinərdim”

BEY.AZ informasiya agentliyi xəbər verir


alqımız baharın ən sevimli bayramlarından biri Novruz bayramına hazırlaşır. Artıq demək olarki hər kəsin ailəsində bu bayramla bağlı müəyyən hazırlıqlar görülməyə başlayıb. Bəs keçmişdən bu günümüzə qədər Novruz bayramına olan diqqət və maraq nə qədər dəyişilib?

Elə bu münasibət ilə, millət vəkili Cavanşir Paşazadə ilə bayram ab-havasında bir müsahibə apardıq. Respublikamızın səfalı bölgələrindən biri olan Cənub bölgəsində doğulub boya-başa çatan Cavanşir müəllim uşaqlıq illərinin Novruz xatirələrini Metbuat.az-a danışdı.

Onunla hazırladığımız müsahibəni təqdim edirik:

-Cavanşir müəllim, keçmişdə Novruz bayramına maraq sanki daha böyük idi. Zamanla bu hisslərin dəyişildiyinin şahidi oluruq. Bəs o illərdə bayramın daha maraqlı, həyəcanverici olmasına səbəb nə idi?

“Bilirsiniz, keçmişdə bu bayram uşaqlar üçün də böyüklərə də daha maraqlı idi. Çünki o vaxtımağazalarda indiki kimi şirniyyat bolluğu yox idi. Biz analarımızın, nənələrimizin bişirdiyi bayram şirniyyatlarını yeyə bilmək üçünbayramı səbirsizliklə gözləyərdik. Təndirlərdə bişirilən kökələrin, şəkərburanın, paxlavanın qoxusu bütün kəndə yayılardı. Biz də qapı-qapı gəzib o şirniyyatları dadmaq üçün papaq atardıq. O vaxtı yumurta da uşaqların ən çox sevdiyi bayram sovqatı idi. Bir qədər çətin tapıldığı üçün bizim papağımıza yumurta qoyulanda şirniyyatdan daha çox sevinirdik. Qıtlıq dövrünün çətinlikləri bayramı bizə daha doğma etməklə bərabər həm də xatirələrimizdə gözəl izlər buraxdı”.

-Cənub bölgəsində Novruz adət-ənələrinə necə əməl edilirdi? Uşaqlıq xatirələrinizdə o günlər necə qalıb?

“Xatırlayıram, hər Novruz bayramında valideynlərimiz bizim üçün təzə paltarlar alırdılar. Qırmızı saxsıdan hazırlanmış bardaqlarımızı götürüb su üzərinə çaya gedərdik. Evlilik yaşına çatmış qızlar İlaxır çərşənbə vaxtıbulaq başına yığışıb, arzu və diləklərinin həyata keçməsi üçün müxtəlif fal mərasimləri təşkil edərdilər. Kimisi üzük falı, kimisi qulaq falına çıxıb gələcəkləri barədə qərarlar verərdilər. Bayram vaxtı cavanlar ağsaqqalların evinə bayramlaşmağa gedir, onların süfrəsindən kiçik də olsa bir şirniyyatın və ya hər hansı bayram nemətinin dadına baxar, beləcə o ağsaqqaların bayram sevincinə şərik olardılar. Bu rituallar bayram müddətində qohum əqrəbanın, qonşuların evində də davam etdirilərdi”.

-Sovet illərinin canlı şahidi kimi həmin illərin Novruz qadağalarını necə xatırlayırsınız?

“Sovet illərində rəhbər qurumlar tərəfindən bu bayrama soyuqluq və biganəlik olsa da xalq öz adət-ənənəsini unutmadı. Gizli də olsa, bütün mərhumiyyətlərə baxmayaraq Novruz bayramı qeyd edilirdi. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunnmağa başladı. Novruz bayramı sovetlər birliyi dövründə rəsmən yasaq edilsə də, Ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etdi. Hələ Sovet illərində birinci katib olduğu müddətdə də xalqın ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstərən Heydər Əliyev, müstəqilliyimizin bərpasından sonra da Novruz bayramının dövlət səviyyəsində qeyd olunması üçün əlindən gələni əsirgəmədi. Müdrik rəhbərin sayəsində yaddan çıxan Novruz bayramıadət-ənənələriyenidən dirçəldilərək bu bayram dünya azərbaycanlılarının milli bayramına, effektiv ideoloji-siyasi təsir amilinə çevrildi. Ulu öndər bayram şənliklərində şəxsən iştirak edirdi. O şəxsən bayram tonqallarının çatılması mərasiminə qatılır, balaca uşaqlara yumurta döyüşdürür , kosa və keçəlin məzəli oyunlarına tamaşa edərdi. İndi isə onun siyasi kursunu uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqımız istər paytaxtda, istərsə də respublikanın müxtəlif bölgələrində bayramı təntənə ilə qeyd edirlər.Cənab İlham Əliyevin yürütdüyü doğru siyasət nəticəsində 30 ildən sonra işğaldan azad edilən torpaqlarımıza bayram tonqalları çatıldı. Biz bu qələbə sevincini yaşadan şəhidlərimizin, qazilərimizin ailələrini də unutmuruq. Məhz onların övladlarının qanı canı bahasına işğaldan azad edilən torpaqlarımızda bu gün Novruz sevinci yaşanır. Mən şəxsən şəhid ailələrinə can sağlığı arzu edir, qazilərimizə Allahdan şəfa diləyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan xalqı hər zaman şəhidin, qazisinin ailəsinin yanındadır.”

-Sizcə indiki dövrdə gənclərimizdə Novruz adətlərinə, bayrama marağın azalmasına səbəb nədir?

“Doğrudur hazırda bu bayram ilə bağlı əvvəlki həyəcanı o qədər də hiss etmirik. İndi gənc oğlanlar qohum-qonşunun qapısına papaq atmağı düzgün hesab etmirlər. Amma burada bayrama uyğun bir məqsəd var. O vaxtlar hər bir gənc oğlana maraqlı olardı ki, onun atdığı papağa görəsən necə bir sovqat qoyacaqlar. İndi isə bu maraq qalmayıb. Mən arzu edərdim ki, bizim gənclər yenidən Novruz sevincini qəlblərində dərindən hiss etsinlər. Hazırda bu bayrama əvvəlki marağın olmamasına səbəblərdən biri də təbliğatın zəif olması ilə bağlıdır. Yaxşı olardı ki,mütəmadi olaraq təhsil müəssisələrində, folklorumuzu yaşadan qurumlar tərəfindən həmçinin medianın özündə də Novruzun tarixi və əhəmiyyəti barədə təkcə bayram müddətində deyil digər günlərdə də insanlara məlumat verilsin. Şəhər yerlərindən fərqli olaraq kənd yerlərində bu bayrama daha çox diqqət yetirilir. Amma şəhərdə elə yerlər var ki heç qonşular bir-birinə bayram təbriki belə demirlər. Televiziyalarda bu məsələdə səthi mövqe sərgiləyirlər. Kanal siyasətinin özəl olduğunu bildirib müəyyən mənada təbliğatdan uzaq dayanırlar. Amma xalqı vətənpərvərliyə, adət-ənənələrinə bağlı olmağa səsləyən çağırışlar təkcə hansısa özəl bayram və tarixi günlərdə deyil ilin bütün günlərində aparılmalıdır.Xalqın adət-ənənəsini özündə əks etdirən hər şey doğmadır, əzizdir. Keçmişimiz bizə xəcalət verməməlidir”.

-Cavanşir müəllimin o zamanlar bayram papağına hansı nemət qoyulanda o çox sevinərdi?

“Mən də uşaq vaxtı papaq atmışam. Uşaqlıq illərimizdə fındıq, qoz, şirniyyatlar az tapılırdı. Uşaqlar görəndəki papaqlarına bu nemətləri qoyulub çox sevinirdilər. Amma mənim üçün isə ən yaxşı papağıma qoyulan sovqat yumurta olardı. Hətta yadımdadır, uşaqlarla birlikdə papağımızı atandan sonra tez hamıdan qaçıb papaqları yoxlayar, kimin papağında yumurta varsa özümə götürərdim (gülür) . Sonra da uşaqlara deyərdim ki, “yumurta mənim papağıma qoyulmuşdu”. Səhərlər analarımızı bizi geyindirib su üzərinə göndərərdilər. Onuncu sinifdə oxuyanda bir sinif yoldaşımız bayram sabahı ən yeni paltarlarını geyinib su üzərinə gəlmişdi. Özündən razı idi. Çox forslanırdı. Qarşıdan qız-gəlinlər gəlirdilər.O da deyəsən onların arasından hansısa qızı istəyirmiş. Elə onlara baxan zaman ayağı sürüşüb çaya düşdü. Bütün geyindikləri də palçığa bulaşdı. Həmin gün biz ona çox gülmüşdük”.

– Ailənizlə Novruzu necə qarşılayırsınız?

“Bayramda hələ də bizim həyətimizə papaq atırlar. Hətta sovqat qoyulan papaqlar yenidən ikinci dəfə atırlar. Biz də çalışırıq ki onları yenidən doldurub uşaqların könlünü sevindirək. Ümumiyyətlə bütün bayramlarda ailəmlə birlikdə bir süfrə arxasına qeyd edirik. Novruz ənənələrinə uyğun bir şəkildə baharın gəlişinə sevinirik. Xüsusən nəvələrimlə birlikdə keçirilən bayramların dadı, ləzzəti bir başqa olur.

Elə fürsətdən istifadə edib şəxsən Azərbaycan xalqının qarşıdan gələn Novruz bayramını təbrik edir, xalqımıza can sağlığı, süfrələrinə bolluq, yurdumuza sülh və sabitlik arzu edirəm”.

Gülbəniz Hüseynli / METBUAT.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu