fbpx

Nyu-Meksiko fəlakət zonası elan edildi

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Nyu-Meksiko ştatının cənub ərazilərini təsiri altına alan yanğın nəticəsində 2 nəfər həyatını itirib.

Metbuat.az xəbər verir ki, Nyu-Meksiko ştatı təxminən 650 kvadrat kilometr ərazini əhatə edən yanğına görə fəlakət zonası elan edilib.

Bildirilir ki, aprelin 6-da ştatda 5 nöqtədə başlayan yanğının 20 faizi nəzarətə götürülüb. Nümayəndələr Palatasının üzvü Tereza Leqer Fernandez, prezident Co Baydenin yanğına nəzarət səylərinə diqqətləri cəlb etmək üçün Nyu Meksikonun fəlakət zonası elan edilməsini təsdiq etdiyini bildirib.

Yanğınsöndürmə rəsmiləri qeyd ediblər ki, təyyarələr və helikopterlər tərəfindən dəstəklənən fəaliyyətlər sayəsində yanğının Las-Veqas şəhərinə və ətraf kəndlərə yaxınlaşmasının qarşısı alınıb. Yanğın səbəbiylə Las Veqası əhatə edən Sanqre de Kristo dağlarında 15 min 500 ev təxliyə edilib. Bölgədə təxminən 170 evə ziyan dəyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu