“O insanlara yox, divara vururdu” – Hüseyndən AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyada yaşayan azərbaycanlı bloqçu Hüseyn Həsənov Bakıda fanatları ilə görüşdə səhnədə dayanan şəxsin insanları qayışla vurmasını əks etdirən görüntülərə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, bloçu bu barədə özünün instaqram hesabında paylaşım edib.
Hüseyn həmin şəxslə görüşdüyünü bildirib: “O insanlara yox, divara vururdu. Divara vururdu ki, insanlar əlin çəksin. Çünki orada bir qız huşunu itirmişdi, onu çıxarmağa çalışırdı. Videoda insanları vurduğu görünə bilər. Amma bu, onun nəyinə lazımdır?”.
Qeyd edək ki, bu gün Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun Bakıda ticarət mərkəzlərindən birində fanatları ilə görüşü zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, səhnədə yer alan şəxslərdən biri fanatları qayışla vurub. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər xoş qarşılanmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.