fbpx

Oktyabrın 18-də keçirilən hərracda 16 nəqliyyat vasitəsi satılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 18-də növbəti hərrac keçirilib. Hərracda 16 nəqliyyat vasitəsi özəlləşdirilib.

Xidmətdən Metbuat.az-a bildirilib ki, satılan avtomobillər əsasən Amerika istehsalıdır və buraxılış tarixi 1999-2013-cü illər arasında dəyişir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32Q6KG ).

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərrac oktyabrın 25-də keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu