fbpx

Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər.

“Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb”, MN-in məlumatında deyilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ordumuzun #Kəlbəcərdəki #mövqeləri #atəşə #tutulub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu