fbpx

Orqanizmin şəkər tələbatını qaydaya salmağa kömək edən ədviyyatlar

BEY.AZ informasiya agentliyi xəbər verir

Orqanizmin şəkərə olan tələbatının mürəbbə, şirniyyat, tort və sair kimi qidalarla ödənilməsi şəkərli diabet təhlükəsi yaradır. Həmin təhlükə ilə üzləşməmək üçün çox vaxt onu hansı qidalarla əvəz etməyi bilmirlər. Əslində isə orqanizmin şəkərə olan tələbatını başqa qidalarla da ödəmək mümkündür.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-a həkim-diyetoloq Ofeliya Tahirova deyib: “Pəhrizdə toz şəklində, yəni rafinə edilmiş şəkərdən tamamilə imtina etmək lazımdır və vacibdir. Orqanizmə lazım olan şəkər ehtiyatını təbii şəkər sayılan fruktoza ilə təmin etmək olar. Meyvə və meyvə qurularının tərkibində kifayət qədər fruktoza var. Qida rasionunun həmin meyvə və meyvə quruları ilə zənginləşdirilməsi orqanizmin şəkər tələbatını ödəyir. Bir sıra ədviyyatlar, məsələn, darçın, qərənfil və zəncəfil orqanizmin şəkər balansını normaya salır və şəkər istəyini azaldır. Gündəlik rasiona darçın çayı və darçın dəmləmələri daxil edilməsi, sevilən qidanın üstünə darçın tozu səpilməsi də çox yaxşı təsir göstərir və bir müddətdən sonra orqanizmin şəkərə olan tələbatını normaya salır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu