fbpx

“Orta Dəhliz” vasitəsilə yükdaşımalar daha da artacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Proqnozlar “Orta Dəhliz”də yükdaşımaların daha da artacağını göstərir, bu da onun Şərqlə Qərb arasında yüklərin nəqli üçün sərfəli yol kimi qəbul edilməsi ilə əlaqəlidir.

Metbuat.az-ın “ADY Express” MMC-ə (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti) istinadən verdiyi məlumata görə, “Orta Dəhliz” – dünya logistikasının inkişaf etməkdə olan əsas marşrutlarından biridir. Bu marşrut, keçdiyi regionlarda effektiv yükdaşımaların inkişaf etdirilməsi üçün strateji təşəbbüs kimi yaradılıb. Onun əsas məqsədi, yüklərin hər iki istiqamətində sürətli və effektiv daşımalarını təmin etməkdir.

Qeyd olunan tranzit marşrutu Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Gürcüstan və digər region ölkələrini əhatə edərək əhəmiyyətli iqtisadi bölgələri birləşdirir. Azərbaycan marşrutun yaradılmasında əsas rol oynayıb.

“”Orta Dəhliz”, beynəlxalq daşımalar üçün daha cəlbedici marşruta çevrilir və nüfuz qazanır. Proqnozlar “Orta Dəhliz”də yükdaşımaların daha da artacağını göstərir, çünki şirkətlər Şərqlə Qərb arasında yüklərin nəqli üçün marşrutu sərfəli yol kimi qəbul edirlər”, – məlumatda qeyd olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Orta #Dəhliz #vasitəsilə #yükdaşımalar #daha #artacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu