fbpx

Ötən gün Bakıda temperatur iqlim normasından 2.5 dərəcə aşağı olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-nə olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.

Duman Qrız, Lerikdə müşahidə olunub.

Sentyabrın 10-da temperatur Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ötən #gün #Bakıda #temperatur #iqlim #normasından #dərəcə #aşağı #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu