fbpx

Ötən gün daha 54 nəfər şənliyə buraxılmayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən gün toylara görə daha 3 nəfər cərimələnib, 54 nəfər şənliyə buraxılmayıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumatına görə, fevralın 14-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 174 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 172 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 54 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu