fbpx

Ötən il nikaha daxil olmaq istəyən 200 nəfərdə QİÇS aşkarlanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda qeydiyyatda olan talassemiya xəstələrinin sayı 5634 nəfərdir.

Metbuat.az xəbər verir ki, Talassemiya Mərkəzindən bildirilib ki, onlardan 2744 nəfəri 0-17 yaş aralığında, 2890 nəfəri isə 18 yaş və yuxarı şəxslərdir.Xəstələrin 2435-i qadın, 3199-u isə kişidir.

Qeyd olunub ki, 2021-ci ildə 157 talassemiyası xəstəsi qeydiyyata alınıb. Onlardan 112 nəfəri 0-17 yaş qrupuna, 45 nəfəri isə 18 yaş və yuxarı yaş qrupuna aid şəxslərdir. Onlardan 74 nəfəri qadın, 83 nəfəri isə kişidir.

Mərkəzdən həmçinin bildirilib ki, 01.01.2021-ci il tarixindən 30.07.2021-ci il tarixinə kimi nikaha daxil olan 55 465 nəfər vətəndaşdan götürülmüş qan nümunələrinin müayinəsi zamanı 1920 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub. Aparılmış tibbi müayinələr nəticəsində 23 cütlükdə hər ikisinin talassemiya daşıyıcısı olduğu müəyyən olunub.

Bundan əlavə, ötən il nikaha daxil olan 104 961 nəfərdən götürülmüş qan nümunələrinin müayinəsi zamanı 1215 nəfərdə sifilis infeksiyası, 200 nəfərdə isə HİV (QİÇS) aşkarlanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu