fbpx

Otelə bombalı hücum: 10 nəfər ölü

Somalinin paytaxtı Moqadişoda “Aş-Şabab” terror təşkilatı tərəfindən “Həyat” otelinə bombalı hücum təşkil edilib.

Bey.Az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində azı 10 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

“Otelə iki bomba yüklü avtomobillə hücum edilib. Maşınlardan biri otelin yanındakı baryerə, digəri isə otelin qapısına dəyib. Terrorçuların otelin içərisində olduğunu düşünürük”, – polisdən bildirilib.

Xatırladaq ki, iyulun 17-də Somalinin Cövhər şəhərində bomba yüklü avtomobilin siyasətçilərin olduğu  “Nur Dob” otelinə çırpılması nəticəsində 2 nəfər ölüb, 15-dən çox adam yaralanıb.

Hücuma görə məsuliyyəti “Aş-Şabab” terror təşkilatı üzərinə götürüb.

Bir Cevap Yazın

Başa dön tuşu