fbpx

Öz pulu ilə Türkiyəyə gedib 14 nəfəri xilas edən azərbaycanlı qəhrəman kimdir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Kahramanmaraşda axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Azərbaycandan Türkiyəyə gedən Ceyhun Xəlilov Türkiyə mətbuatına danışıb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, o, zəlzələ baş verdikdən dərhal sonra könüllü olaraq Türkiyəyə getmək istəyib. Ceyhun bunun üçün aidiyyatı qurumlara müraciət etsə də, tez cavab ala bilmədiyi üçün özü Türkiyəyə getmək qərarına gəlib. Uçuşların ləğvi ilə əlaqədar bir gecə hava limanında yatan Xəlilov ilk bilet tapdığı təyyarə ilə öz imkanları hesabına Ankaraya gedib. Azərbaycanlı mütəxəssis Ankaradan isə Kahramanmaraşa gedib.

Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini, həmçinin Türkiyədə dağıntıaltı görüntüləmə sistemləri üzrə təhsil aldığını qeyd edən Xəlilov, dərnək vasitəsilə Kahramanmaraşdakı axtarış-xilasetmə işlərinə qatılıb.İstifadə etdiyi dağıntıaltı görüntüləmə cihazının qabaqcıl xüsusiyyətlərə malik olduğunu bildirən Xəlilovun sözlərinə görə, iki kamera və akustik səs yazıcıdan ibarət sistem dağıntılar altındakı vəziyyəti göstərə bilir və dağıntılar altında olanlarla qarşılıqlı əlaqə imkanı yaradır.

Məlumata görə, Azərbaycanlı mütəxəssisin birbaşa iştirakı və Türkiyənin axtarış-xilasetmə qruplarının dəstəyi ilə 14 nəfər xilas edilib. Dağıntılar altındakı insanların yerini müəyyənləşdirəndən sonra məlumatları AFAD və axtarış-xilasetmə qrupları ilə bölüşdüyünü bildirən Xəlilov, ilk olaraq fevralın 9-da 17 yaşlı qızın xilas edilməsində fəal rol oynadığını bildirib. Xəlilov 14 nəfərin dağıntılar altından xilas edilməsində əməyi olduğunu vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Öz #pulu #ilə #Türkiyəyə #gedib #nəfəri #xilas #edən #azərbaycanlı #qəhrəman #kimdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu